...

Roman Qriqorçuk rəsmən "Qəbələ"də

İdman Materials 18 Dekabr 2014 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr /Trend/

"Qəbələ" klubunun yeni baş məşqçisi rəsmən müəyyənləşib.

Trend-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Dorinel Muntyanunun istefasından sonra boş qalan baş məşqçi vəzifəsinə ukraynalı mütəxəssis Roman Qriqorçuk təyin edilib.

Qriqorçukla 1,5 illik müqavilə imzalanıb.

Futbolçu kimi 5 ölkədə çıxış edən 49 yaşlı mütəxəssis vətənində "Prikarpatye" (1988-94) və "Krivbass" (1996-97), Avstriyada "Sankt-Pelten" (1994-95), Polşada "Petroximiya" (1995), Rusiyada "Saturn"un (1996-97) şərəfini qoruyub. 1998-ci ildə Latviyaya üz tutan Qriqorçuk "Dinaburq"da 2 il futbolçu, eyni zamanda, baş məşqçinin köməkçisi olub. 2000-2005-ci illərdə bu klubun baş məşqçisi kimi fəaliyyət göstərən mütəxəssis 2005-09-cu illərdə Latviyanın digər təmsilçisi "Ventspils"in "sükanı arxasında" olub. Titullarını məhz "Ventspils"də əldə edən Qriqorçuk komandasına 3 dəfə Latviya çempionluğunu (2006, 2007, 2008), iki dəfə Latviya kubokunu (2005, 2007) qazandırıb.

Bundan başqa, o, komandasını 2007-ci ildə həm Birlik kuboku, həm də Baltika Liqası finalına daşıyıb. 2009-cu ildə 11 illik Latviya karyerasını başa vurub, Ukraynaya qayıdan Qriqorçuk 2009-10-cu illərdə Zaporojye "Metallurq"unu çalışdırıb. Son klubu Odessa "Çernomorets"i olan mütəxəssis 2010-cu ildən 2014-cü ilin dekabrına qədər bu komandaya rəhbərlik edib. Elə ilk mövsümdə - 2010/11 mövsümündə Odessa klubunu I dəstədən Premyer Liqaya çıxaran Qriqorçuk 2012/13 mövsümündə ölkə kubokunun finalçısı olub. "Çernomorets" çalışdırıcının rəhbərliyi ilə 2013/14 mövsümündə UEFA Avropa Liqasının 1/16 final mərhələsinə qədər yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti