...

Məşhur futbolçu evdə olarkən soyğuna məruz qaldı

İdman Materials 2 Fevral 2015 15:30 (UTC +04:00)
"Mançester Yunayted"in futbolçusu Anhel Di Mariyanın evində soyğuna cəhd olub.
Məşhur futbolçu evdə olarkən soyğuna məruz qaldı

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir Məftun Salmanov/

"Mançester Yunayted"in futbolçusu Anhel Di Mariyanın evində soyğuna cəhd olub. Trend-in bazar ertəsi xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, oğurluq hadisəsi baş verərkən futbolçu, həyat yoldaşı və qızı evdə olub.

İnsident "Lester" üzərində qələbədən bir neçə saat sonra qeydə alınıb. Maskalı üç oğru siqnalizasiya işlədikdən sonra özləri ilə heç nə aparmayaraq qaçıblar.

Hadisə yerinə gəlmiş "Mançester Yunayted"in təhlükəsizlik xidməti əməkdaşları ailəni evdən çıxardaraq hoteldə yerləşdiriblər.

Hazırda fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti