...

Roman Qriqorçuk və Arif Əsədovun etirafları

İdman Materials 15 Fevral 2015 21:41 (UTC +04:00)
Belə bir matçda məğlub olacağımızı düşünmürdük. İlk hissədə sərgilədiyimiz oyuna əsaslanıb bunu deyirəm. Məğlubiyyətin səbəblərini bilirik və bunu analiz edəcəyik".
Roman Qriqorçuk və Arif Əsədovun etirafları

Azərbaycan, Bakı, 15 fevral /Trend/

Belə bir matçda məğlub olacağımızı düşünmürdük. İlk hissədə sərgilədiyimiz oyuna əsaslanıb bunu deyirəm. Məğlubiyyətin səbəblərini bilirik və bunu analiz edəcəyik".

Trend-in PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 22-ci turunda "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.

O, futbolçusu Viktor Mendinin cərimə meydançasında yıxıldığı epizoda da münasibət bildirib:

"Mendinin cərimə meydançasında yıxıldığı zaman qol vəziyyəti yaranmışdı. Burada qayda pozuntusunun olub-olmadığını deyə bilməyəcəyəm. Sadəcə, vurğulayım ki, həmin vaxt qol epizodu yaranmışdı".

R.Qriqorçuk onu da qeyd edib ki, komandaya transfer etdiyi futbolçular "Neftçi"yə qarşı matçda lazım gələni ediblər:

"Əvvəlki məşqçinin vaxtında olanlar mənim üçün maraqlı deyil. Gətirdiyim oyunçular isə bu gün əsas heyətdə oynadılar və lazım gələni etdilər".

R.Qriqorçukun sözlərinə görə, matç zamanı yaratdıqları qol epizodları olub:

"Neftçi"nin baş məşqçisi Arif Əsədov Azərbaycan Premyer Liqasının 22-ci turunda "Qəbələ" ilə matçdan (3:1) sonra fikirlərini belə bildirib: "Əlbəttə ki, həmin epizodlardan maksimum yararlanmağımızı istərdik. Yəqin ki, növbəti oyunlarda bu da olar. Bilirdik ki, "Qəbələ" iki oyundur məğlub olur. Rəqibin bu matça son şans kimi baxdığını düşünürdüm. "Qəbələ" oyuna çox yaxşı başladı. Amma sonradan komandam oyunu düzgün qiymətləndirdi. Xarakter nümayiş etdirən "Neftçi" qələbə qazandı".

A.Əsədov bildirib ki, bu gün "Neftçi" yaxşı oyunlarından birini oynayıb:

"Qarşıda daha yaxşı oyunlarımız olacaq. Topa nəzarət matçın dönüş nöqtələrindən oldu. Rəqibin səhvlərindən yaxşı yararlandıq".

Xəbər lenti

Xəbər lenti