Azərbaycan, Bakı, 20 aprel /Trend/
İordaniyanın "əl-Fayzali" klubunun qapıçısı Məhəmməd Şatnavi ölkə çempionatında "əl-Vihdat" komandasına qarşı ev oyununda "qayçı" zərbəsi ilə öz qapısına qol vurub.
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, maraqlı epizod matçın 54-cü dəqiqəsində baş verib.
Hesab 0:1 rəqib komandanın xeyrinə olarkən qapıçı qonaqların zərbəsini qaytardıqdan sonra topu ayağı ilə kənara atmaq istəsə də, təsadüfən onu gözəl vuruşla öz qapısına göndərib.
Yekunda M.Şatnavinin komandası 0:3 hesabı ilə məğlub olub.