Azərbaycan, Bakı, 22 aprel /Trend/
Ötən gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
"Simurq" Zaqatalada "Qarabağ"ı qəbul edib. Gərgin keçən matçda hesab açılmayıb - 0:0. İlk qarşılaşma "Qarabağ"ın minimal hesablı qələbəsi ilə başa çatdığından Ağdam təmsilçisi finala vəsiqə qazanıb.
"İnter" isə ilk oyunda 0:2 hesabı ilə məğlub olduğu "Neftçi" ilə qarşılaşıb. Komandalar fasiləyə qollu heç-heçə ilə yollanıblar - 1:1. Fasilədən sonra "bankirlər" önə keçiblər - 56-cı dəqiqədə Baçana Sxadadze fərqlənib - 2:1. Bu, oyunda sonuncu qol olub. Beləliklə, iki oyunun nəticəsinə görə "Neftçi" finala yüksəlib.
Trend Peşəkar Futbol Liqasına istinadən Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab oyunlarında vurulan qolların videogörüntüsünü təqdim edir.