Azərbaycan, Bakı, 13 may /Trend/
"Neftçi" futbol klubu Rauf Əliyevlə müqaviləyə xitam verib.
Trend klubun saytına istinadən məlumat verir ki, R.Əliyevin müraciətini nəzərə alaraq onunla bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
"Neftçi" PFK 26 yaşlı hücumçuya azad agent statusu verib.