...

"Kəpəz" təlim-məşq toplanışını davam etdirir

İdman Materials 24 İyun 2015 20:45 (UTC +04:00)
“Kəpəz” futbol klubu seleksiya xarakterli təlim-məşq toplanışını davam etdirir.
"Kəpəz" təlim-məşq toplanışını davam etdirir

Azərbaycan, Bakı, 24 iyun /Trend/

"Kəpəz" futbol klubu seleksiya xarakterli təlim-məşq toplanışını davam etdirir.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, komanda gündə bir dəfə olmaqla Gəncə şəhər stadionunda hazırlığa çıxır.

Məşqlərlə yanaşı, "Kəpəz" yoxlama oyununda da qüvvəsini sınayacaq. Komanda Gəncədə iki yoldaşlıq görüşü keçirəcək. İlk matçda rəqib Qəbələnin həvəskarlardan ibarət eyniadlı komandası olacaq. Bu qarşılaşma iyunun 25-də baş tutacaq. İyunun 26-da isə "sarı-göylər" "Turan"la üz-üzə gələcək.

Hər iki oyun Gəncə şəhər stadionunda keçiriləcək. Görüşlər saat 18:00-da başlayacaq.

İyulun 1-dən 10-dək Bakıda təlim-məşq toplanışı keçirəcək Gəncə klubu ölkə paytaxtında üç sınaq oyununda meydana çıxacaq.

Gəncəlilərin ilk rəqibi "Sumqayıt" olacaq. Gənclik şəhərinin təmsilçisi ilə görüş iyulun 4-nə planlaşdırlıb. Ayın 7-də "Kəpəz" AZAL-la oynayacaq. Komanda son yoxlama görüşünü iyulun 10-da keçirəcək. Bu dəfə rəqib 19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması olacaq.

Hər üç oyun "Dalğa Arena"da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti