...

Velosipedçimiz Çində 3-cü oldu (FOTO)

İdman Materials 11 İyul 2015 16:35 (UTC +04:00)
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" Çində keçirilən sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirakını davam etdirir.
Velosipedçimiz Çində 3-cü oldu (FOTO)

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku Cycling Project" Çində keçirilən sayca 14-cü "Tour de Qinghai Lake" yürüşündə iştirakını davam etdirir. Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, Beynəlxalq Velosipedçilər İttifaqının 13 mərhələdən ibarət 2-ci kateqoriyalı yarışında 22 komanda iştirak edir ki, onların da içərisində 1 Dünya Turu, 3 Pro-kontinental və 18 kontinental klub var.

Yarışın ən ağır dağ mərhələlərindən biri kimi xarakterizə olunan 190 km-lik 7-ci gündə komanda üzvlərimizdən ən yüksək göstəriciyə Matey Müqerli imza atıb - o finişi mərhələ qalibi, İtaliyanın "Lampre-Merida" Dünya Turu komandasının üzvü İlya Koşevoydan 55 saniyə sonra keçməklə 3-cü yeri tutub. Bu isə velosipedçimizə ümumi təsnifatda 9-cu yeri qorumağa imkan yaradıb - hazırda Matey Müqerli liderə 3 dəqiqə, 36 saniyə uduzur.

7 mərhələdən sonra komanda hesabında "Synergy Baku" 6-cı pillədəki mövqeyində qalır. Sabah iştirakçılar 126 km məsafə qət edəcəklər. Yarışa iyulun 18-də yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti