...

Baltik dənizinin sahillərindən 5 medal

İdman Materials 3 Avqust 2015 22:15 (UTC +04:00)
Bakıda baş tutan 1-ci Avropa Oyunları və onun ardınca dünyanın müxtəlif ölkələrindən gəlmiş gimnastların qatıldığı dolğun məşqlərdən sonra, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının növbəti yarışının təyinat məntəqəsi Baltik dənizinin sahilləri oldu
Baltik dənizinin sahillərindən 5 medal

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Bakıda baş tutan 1-ci Avropa Oyunları və onun ardınca dünyanın müxtəlif ölkələrindən gəlmiş gimnastların qatıldığı dolğun məşqlərdən sonra, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının növbəti yarışının təyinat məntəqəsi Baltik dənizinin sahilləri oldu.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, bu həftəsonu Polşanın Qdansk şəhərində təşkil olunan "Baltic Cup" adlı beynəlxalq yarışda komandamızın lideri Marina Durunda top və gürzlərlə çıxışına görə qızıl medal, çoxnövçülükdə isə gümüş medal əldə etdi.

Baltik dənizinin sahillərindən Gülsüm Şəfizadə də medallarla qayıdır. O, halqa və lentlə çıxışlarına görə, müvafiq olaraq, gümüş və bürünc medal qazanıb.

Yarışda Azərbaycanı təmsil edən digər gimnastımız Zeynep Celep, 4 çıxışının nəticələrinə əsasən 8-ci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti