...

“Neftçi”nin muzeyi yaradılır

İdman Materials 3 Sentyabr 2015 14:52 (UTC +04:00)
Uzun müddətli fasilədən sonra bu gün “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib.
“Neftçi”nin muzeyi yaradılır

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

Uzun müddətli fasilədən sonra bu gün "Neftçi" PFK-nın Müşahidə Şurasının iclası keçirilib.

Trend-in klubun saytına istinadən yaydığı xəbərə görə, iclasda "Neftçi"nin büdcə layihəsi müzakirə olunub və klubun büdcəsi Müşahidə Şurası tərəfindən təsdiqlənib.

Məlumata görə, "Neftçi" üzvlük kartları ilə bağlı layihə yüksək qiymətləndirilib və layihənin daha da genişlənməsi ilə bağlı qərar qəbul edilib.

İclasda həmçinin "Neftçi"nin icraçı direktoru Elnur Məmmədov və idman direktoru Vəli Qasımovun Cənubi Amerikaya rəsmi işgüzar səfəri ilə bağlı hesabat təqdim edilib. Səfər çərçivəsində Braziliyanın "Fluminense" klubu ilə əməkdaşlığın gedişatı yüksək qiymətləndirilib. Əməkdaşlığın iqtisadi baxımdan səmərəli olduğu vurğulanıb. Əməkdaşlığın davamı olaraq "Fluminense" klubunun nümayəndələrinin yaxın zamanda ölkəmizə səfər edəcəyi ilə bağlı hazırlıq tədbirlərinin görülməsi ilə əlaqədar qərar qəbul edilib.

İclasda "Neftçi" PFK-nın 8-ci km. qəsəbəsi stadionunda muzey layihəsi ilə bağlı müzakirələr aparılıb və icra olunmasına qərar verilib.

"Neftçi" PFK-nın həmin stadionda fan-şop layihəsi ilə bağlı müzakirələr aparılıb və icra olunmasına qərar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti