...

Mişel Platini Azərbaycan - İtaliya oyununu izləyəcək

İdman Materials 8 Sentyabr 2015 15:14 (UTC +04:00)
UEFA-nın prezidenti, FIFA prezidenti vəzifəsinə namizəd Mişel Platini AFFA-nın dəvəti ilə bu ilin oktyabr ayında ölkəmizə səfər edəcək.
Mişel Platini Azərbaycan - İtaliya oyununu izləyəcək

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

UEFA-nın prezidenti, FIFA prezidenti vəzifəsinə namizəd Mişel Platini AFFA-nın dəvəti ilə bu ilin oktyabr ayında ölkəmizə səfər edəcək.

Trend AFFA-ya istinadən məlumat verir ki, səfər çərçivəsində UEFA prezidenti Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa olunmuş Azərbaycan milli komandalarının təlim-məşq bazasının açılışında iştirak edəcək və Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İtaliya oyununu izləyəcək.

Xatırladaq ki, UEFA prezidenti Azərbaycan milli komandalarının təlim-məşq bazasının 2013-cü il sentyabrın 21-də keçirilmiş təməlqoyma mərasimində iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti