Azərbaycan, Bakı, 3 noyabr /Trend/
Sumqayıt Paralimpiya idman kompleksində Milli Paralimpiya Komitəsi və "Azercell" Telecom MMC-nin birgə təşkilatçılığı ilə noyabrın 6-da respublikada ilk dəfə olaraq I Uşaq Paralimpiya İdman Oyunları keçiriləcək.
Trend-in məlumatına görə, oyunlarda respublikanın müxtəlif reqionlarından olan uşaq paralimpiyaçıları 4 idman növündə (cüdo, üzgüçülük, masaüstü tennis və boccia) öz güclərini sınayacaqlar. Ümumiyyətlə, bu yarışlara 50-dən cox sağlamlıq imkanları məhdud uşaqlar qatılacaq.
Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə olaraq Milli Paralimpiya Komitəsi saglamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb olunmalarını öz himayəsinə götürərək, 2013-cü ilin sentyabr ayında Komitənin nəznində Uşaq Paralimpiya Komitəsi yaradıb. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, saglamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.
I Uşaq Paralimpiya İdman Oyunları Sumqayıt Paralimpiya İdman Kompleksində səhər saat 11.00 da keçiriləcək.
Trend Oyunlarda informasiya dəstəyi olaraq çıxış edir.