...

Formula 1-ə hazırlıq işləri davam etdirilir

İdman Materials 21 Dekabr 2015 10:30 (UTC +04:00)
Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası gələn il iyun ayında keçiriləcək Formula 1 Avropa Qran Prisi ilə bağlı hazırlıq işlərini davam etdirir.
Formula 1-ə hazırlıq işləri davam etdirilir

Bakı. Trend:

Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası gələn il iyun ayında keçiriləcək Formula 1 Avropa Qran Prisi ilə bağlı hazırlıq işlərini davam etdirir. Qurumdan Trend-ə verilən məlumata görə, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.

Dekabr ayının 20-dən etibarən Neftçilər prospektinin Azadlıq prospektindən Puşkin küçəsinə qədər olan hissəsi asfalt örtüyünün təmirinə bağlanıb.

Qeyd olunan təmir işlərinin 7 gün ərzində davam edəcəyi gözlənilir. Münasib olmayan hava şəraiti və gözlənilməz hallar üzündən təmir işlərinin uzun sürəcəyi halda şəhər sakinləri əvvəlcədən məlumatlandırılacaq.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və qran pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti