...

Suares diskvalifikasiya edildi

İdman Materials 8 Yanvar 2016 18:06 (UTC +04:00)
“Barselona”nın forvardı Luis Suares İspaniya Kubokunda iki oyunluq diskvalifikasiya edilib.
Suares diskvalifikasiya edildi

Bakı. Trend:

"Barselona"nın forvardı Luis Suares İspaniya Kubokunda iki oyunluq diskvalifikasiya edilib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, futbolçu ölkə kubokunun 1/8 final mərhələsində "Espanyol"a qarşı ilk oyundan sonra cəzalandırılıb.

Uruqvaylı hücumçu görüşdən sonra soyunub-geyinmə otağına gedərkən davranışına görə cəzalandırılıb.

Oyunçunun özü isə bildirib ki, matçın raportunda yazılmış təhqiramiz sözlərdən istifadə etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti