...

Daha bir futbolçu "Kəpəz"dən getdi

İdman Materials 11 Yanvar 2016 15:33 (UTC +04:00)
Yevlaxda təlim-məşq toplanışına start verən “Kəpəz” daha bir futbolçu ilə yollarını ayırıb.
Daha bir futbolçu "Kəpəz"dən getdi

Bakı. Trend:

Yevlaxda təlim-məşq toplanışına start verən "Kəpəz" daha bir futbolçu ilə yollarını ayırıb.

Trend klubun saytına istinadən məlumat verir ki, komandanı qarşılıqlı razılıq əsasında ukraynalı legioner Aleksandr Sitnik tərk edib.

Xatırladaq ki, cari mövsümdə 17 oyunda meydanda olan hücumçu rəqib qapısından iki qol keçirib. Sitnik "Qəbələ" və "Sumqayıt" ilə səfər oyunlarında fərqlənib.

Qeyd edək ki, Gəncə təmsilçisi daha öncə Murad Ağakişiyev, Məhərrəm Hüseynov, Ziyabil Məmmədov və Rəşad Eyyubovla yollarını ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti