Bakı. Trend:
Fevralın 23-də Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığmaları arasında yoldaşlıq oyunu keçirilib.
Trend-in məlumatına görə, oyun qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb - 1:5. Yığmamızın heyətində Fərid Nəbiyev fərqlənib.
Avropa çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində fevralın 25-də Bakı Olimpiya Stadionunda bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək.