...

Uşaqlar arasında tennis turniri keçirilir (FOTO)

İdman Materials 22 İyun 2016 15:06 (UTC +04:00)
“Olimpiya ümidləri” respublika turnirinə start verilib.
Uşaqlar arasında tennis turniri keçirilir (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

İyunun 22-də “Şüa” İdman-Sağlamlıq Kompleksində Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə stolüstü tennis üzrə 2006-cı il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızlar arasında “Olimpiya ümidləri” respublika turnirinə start verilib.

Federasiyadan Trend-ə verilən məlumata görə, 150-yə yaxın idmançının iştirak etdiyi yarışın keçirilməsində əsas məqsəd federasiya ilə müqavilə bağlamış məşqçilərin işinin, onların yetirmələrinin səviyyələrinin yoxlanılmasıdır. Turnir şəxsi xarakter daşıyır, dairəvi sistem üzrə və beynəlxalq stolüstü tennis federasiyasının qaydalarına uyğun keçirilir.

Turnirin açılışında çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov ölkəmizdə idmana göstərilən böyük diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan bir sıra mötəbər tədbirlərlə yanaşı, beynəlxalq idman yarışlarına da ev sahibliyi edir. Bildirilib ki, Birinci Avropa Oyunlarından sonra "Formula 1" Avropa Qran Prisi kimi mühüm yarışın Bakıda keçirilməsi Azərbaycanın idman dövləti olduğunu bir daha təsdiqləyir. Gələn il Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. F.Məmmədov, həmçinin son illərdə stolüstü tennisin inkişafı istiqamətində görülən işlərdən bəhs edib, yarış iştirakçılarına uğurlar arzulayıb.

Yarışlara iyunun 25-də yekun vurulacaq və qaliblər Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Turnir çərçivəsində Beynəlxalq Stolüstü Tennis Federasiyasının və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş seminarda iştirak edən məşqçilərə beynəlxalq sertifikatlar təqdim olunub. 3 dərəcədən ibarət olan bu sertifikatlaların 1-ci dərəcəsini qazanmış Azərbaycan məşqçiləri Beynəlxalq Stolüstü Tennis Federasiyasının məşqçilər siyahısına daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti