...

AZAL-ın tarixinə düşdü

İdman Materials 14 Dekabr 2016 15:52 (UTC +04:00)
AZAL Azərbaycan kubokunda 50-ci qolu vurub.
AZAL-ın tarixinə düşdü

Bakı. Trend:

AZAL Azərbaycan kubokunda 50-ci qolu vurub.

Trend PFL-ə istinadən verdiyi məlumata görə, yubiley qolu cari mövsümün 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib. “Qəbələ” ilə qarşılaşmada hesabı açan Mirzağa Hüseynpur Bakı klubunun tarixinə 50-ci qolun müəllifi kimi düşüb. Lakin onun komandası üstünlüyü qoruya bilməyərək, 1:2 hesabı ilə uduzub.

Əvvəllər AMMK, “Olimpik” və “Olimpik-Şüvəlan” adları altında da çıxış edən AZAL 50-ci qolunu 42-ci matçda vurub. Orta məhsuldarlığı 1,19-a bərabər olan paytaxt klubu 42 oyunda 16 qələbə qazanıb, eyni sayda məğlubiyyət alıb və 10 heç-heçə edib. 50 qol vuran komandanın Qəbələdə buraxdığı son top 40-cı olub.

Qeyd edək ki, AZAL kubokda 50 və daha çox qol vuran 17-ci komanda olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti