...

IV İslam Həmrəyliyi Oyunlarının başlamasına 100 gün qaldı

İdman Materials 1 Fevral 2017 16:21 (UTC +04:00)
Mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının başlamasına 100 gün qalır.
IV İslam Həmrəyliyi Oyunlarının başlamasına 100 gün qaldı

Bakı. Trend:

Mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının başlamasına 100 gün qalır.

Trend-in məlumatına görə, bu günü qeyd etmək üçün “Baku Crystal Hall”da bir araya gələn 300 könüllünün geriyə sayımla bağlı təşkil edəcəkləri “Oyunlara 100 gün qaldı” adlı fleşmobun əsas məqsədi gənc və fəal insanları bir araya toplamaq, ictimaiyyəti IV İslam Həmrəyliyi Oyunları barədə daha geniş şəkildə məlumatlandırmaqdır.

Tədbirdə qeyd olunub, ölkənin aparıcı universitetlərindən və təşkilatlarından 12 500-dən çox namizəd Oyunlara dəstək göstərmək məqsədilə qeydiyyatdan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti