Bakı. Maksim Tsurkov - Trend:
Təşkilat səviyyəsinə görə, Bakıdakı kimi gimnastika yarışları heç yerdə keçirilmir. Bu sözləri Trend-ə qazaxıstanlı gimnast Pirməmməd Əliyev deyib.
O, deyib ki: "Hesab edirəm ki, fərdi olaraq əla çıxış etdim və sinxron tullanmalarda finala yüksələ bildik".
O, qeyd edib ki, yarışlar yüksək səviyyədə keçir: "Təşkilat yüksək səviyyədədir. Təşkilat baxımından belə yarışlar heç yerdə keçirilmir. Zalda gözəl işıqlandırılma var idi. Əvvəlcə qeyri-adi idi, lakin sonra öyrəşdik. Tamaşaçılar gimnastları gözəl dəstəkləyirlər, hər şey əladır. Belə azarkeşlər qarşısında çıxış etmək çox xoşdur, tribunalarda çox adam var".