...

"Vətən" futbol komandası "U-10 Champions Trophy" beynəlxalq turnirə vəsiqə qazanıb

İdman Materials 11 Aprel 2017 15:23 (UTC +04:00)
​Təhsil Nazirliyinin “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası aprelin 6-dan 10-dək İzmir şəhərində "Altınordu" Futbol Klubunun təşkilatçılığı ilə keçirilən dünyanın ən böyük turnirlərindən olan "U-10 Champions Trophy" futbol yarışının Türkiyə üzrə seçmə yarışlarında qalib olub
"Vətən" futbol komandası "U-10 Champions Trophy" beynəlxalq turnirə vəsiqə qazanıb

Bakı. Samir Əli - Trend:

​Təhsil Nazirliyinin “Vətən” İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandası aprelin 6-dan 10-dək İzmir şəhərində "Altınordu" Futbol Klubunun təşkilatçılığı ilə keçirilən dünyanın ən böyük turnirlərindən olan "U-10 Champions Trophy" futbol yarışının Türkiyə üzrə seçmə yarışlarının qalibi olub.

Bu barədə Trend-ə açıqlamasında futbol məktəbinin direktoru Mustafa Həsənov məlumat verib. Onun sözlərinə görə, turnirə Türkiyənin 40 futbol komandası qatılıb.

Yarışlar qrup, yarımfinal və final olmaqla üç mərhələdə keçirilib. Turnir çərçivəsində 9 oyun keçirən komandamız finalda Türkiyənin "Bəylikgücü" futbol komandasını 7:0 hesabla məğlub edərək kubokun sahibi olub və "U-10 Champions Trophy" beynəlxalq turnirinə vəsiqə qazanıb: "Oyunlar çox çətin keçdi. Amma uşaqlar turnirə çox yaxşı hazırlaşmışdı, lazımi səviyyədə oyun nümayiş etdirdilər və nəticə də ürəyimizcə oldu. Turnirin ən yaxşı, eyni zamanda ən sərrast oyunçusu "Vətən" Futbol komandasının üzvü Anar Hüseynov seçilib.

M.Həsənov bildirib ki, Beynəlxalq turnir iyunun 16-dan 18-dək Avstriyanın Vyana şəhərində keçiriləcək. Yarışda iştirak edəcək "Vətən" futbol komandasının bütün xərcləri Türkiyənin "Altınordu" Futbol Klubu tərəfindən ödəniləcək.

"U-10 Champions Trophy" - 10 yaşlılar arasında dünyanın ən böyük və mötəbər futbol turniridir. Bu turnirə Avropa, Cənubi və Şimali Amerika, Asiya, Afrika, Avstraliyanın ən güclü futbol klublarının komandaları qatılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti