...

Nümayəndə heyətləri bədii gimnastika üzrə Dünya Kuboku üçün akkreditasiyadan keçir (FOTO)

İdman Materials 25 Aprel 2017 13:15 (UTC +04:00)
Müxtəlif ölkələrin nümayəndə heyətləri 28-30 aprel tarixlərində Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kuboku üçün akkreditasiyadan keçir
Nümayəndə heyətləri bədii gimnastika üzrə Dünya Kuboku üçün akkreditasiyadan keçir (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Müxtəlif ölkələrin nümayəndə heyətləri 28-30 aprel tarixlərində Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kuboku üçün akkreditasiyadan keçir.

Trend-in məlumatına görə, bu saatadək Azərbaycan, ABŞ, Avstraliya, İsrail, Finlandiya və Gürcüstan komandaları akkreditasiyadan keçib.

Trend akkreditasiya prosesindən fotoreportajı təqdim edir.

Qeyd edək ki, 28-30 aprel tarixlərində Bakı növbəti FIG Dünya Kuboku mərhələsinə ev sahibliyi edəcək. Dünyanın bir çox ölkəsindən ən zərif idman növünün nümayəndələri öz məharətlərini nümayiş etdirmək üçün bu dəfə də Milli Gimnastika Arenasına toplaşacaqlar.

Yarışlarda 21 ölkədən 92 gimnastın iştirak edəcəyi gözlənilir. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edəcək.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edəcəklər.

Yarışların ilk iki günü baş tutacaq təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.

Üç gün ərzində tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti