...

Azərbaycan İslamiadada 55-ci qızıl medalını qazandı

İdman Materials 18 May 2017 19:42 (UTC +04:00)
Bakı-2017 IV İslam Həmrəyliyində Azərbaycan 55-ci qızıl medalını qazanıb.
Azərbaycan İslamiadada 55-ci qızıl medalını qazandı

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyində Azərbaycan 55-ci qızıl medalını qazanıb.

Trend-in məlumatına görə, 91 kq çəki dərəcəsində döyüşən boksçuların finalında Olimpiya mükafatçımız Teymur Məmmədov türkiyəli Burak Akşinlə münasibətlərinə aydınlıq gətirib.

Boksçumuz həlledici görüşdə rəqibindən daha üstün döyüş nümayiş etdirərək qalib gəlib - 3:2.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti