...

İspaniya çempionatının qalibi müəyyənləşib

İdman Materials 22 May 2017 00:13 (UTC +04:00)
İspaniya La Liqasında 2016/17 mövsümünə yekun vurulub
İspaniya çempionatının qalibi müəyyənləşib

Bakı. Trend:

İspaniya La Liqasında 2016/17 mövsümünə yekun vurulub.

Trend-in xəbərinə görə, “Real”ı “Malaqa”yla matçda 1 xal da qane edirdi. Lakin madridlilər gözlənildiyi kimi, səfərdəki bu görüşdə qalib gələrək tarixində 33-cü dəfə İspaniya çempionu olub.

Son turda çempionluq şansı az da olsa qalan “Barselona” isə öz meydanında “Eybar” qalib gəlib. Amma bu, “Real”ı çempionluğunun qarşısını ala bilməyib.

“Malaqa” – “Real” – 0:2 (Qollar: Ronaldo, 2, Benzema, 55)

“Barselona” – “Eybar” – 4:2 (Qollar: Takaşi İnui, 7 (0:1), 61 (0:2), David Junka, 63-avtoqol. (1:2), Luis Suares, 73 (2:2), Messi, 75-pen. (3:2), Messi, 90 (4:2))

Məqalədə:
Xəbər lenti

Xəbər lenti