...

PSJ-nin yetirməsi Bakı klubunda

İdman Materials 9 İyun 2017 18:20 (UTC +04:00)
Avropa Liqasının təsnifat mərhələsinə hazırlaşan “Zirə” klubu daha bir futbolçu ilə güclənib.
PSJ-nin yetirməsi Bakı klubunda

Bakı. Trend:

Avropa Liqasının təsnifat mərhələsinə hazırlaşan “Zirə” klubu daha bir futbolçu ilə güclənib.

Trend klubun saytına istinadən məlumat verir ki, mərkəzi afrikalı David Manqa “qartallar”ın sıralarına qoşulub. Hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

28 yaşlı D.Manqa Fransanın PSJ klubunun yetirməsidir. Futbolçu karyerası ərzində Almaniya, İsrail və Serbiyada da çıxış edib. Onun son klubu İsrailin “Hapoel Aşkelon” komandası olub.

D.Manqa 2010-cu ildən Mərkəzi Afrika Respublikasının yığma komandasında çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti