...

Britaniyalı qonaq: Formula 1 yarışı yüksək səviyyədə təşkil olunub

İdman Materials 24 İyun 2017 12:41
Mən Formula 1 həvəskarıyam. Bakıya ilk dəfədir gəlirəm və etiraf edim ki, Bakı məni çox təəccübləndirdi.
Britaniyalı qonaq: Formula 1 yarışı yüksək səviyyədə təşkil olunub

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev – Trend:

Mən Formula 1 həvəskarıyam. Bakıya ilk dəfədir gəlirəm və etiraf edim ki, Bakı məni çox təəccübləndirdi.

Bunu Trend-ə Böyük Britaniyadan olan qonaq Aland Slound deyib.

A.Slound Bakıya ailəsi ilə birgə gəldiyini deyib:

“Biz ailəliklə bir həftəlik turist kimi Bakıya gəlmişik və bəxtimiz gətirdi ki, Formula 1 yarışı burada olduğumuz zaman keçirilir”.

Britaniyalı qonaq Bakını çox bəyəndiyini diqqətə çatdırıb:

“Bakı çox gözəl şəhərdir. Bakının belə gözəl və səliqəli şəhər olduğunu bilmirdim, bu, bizim üçün bir sürpriz oldu. Bakıda qədim mədəniyyətlə müasir mədəniyyətin bir harmoniyası var. Paytaxtınız çox gözəl cəlbedici şəhərdir”.

A.Slound Formula 1-in yüksək səviyyədə təşkil olunduğunu bildirib:

“Biz ötən il Avstriya Qran Prisinə baxmaq üçün Avstriyada olduq. Ondan əvvəl isə bu yarışa baxmaq üçün Monte-Karloda olmuşduq. Hesab edirəm ki, burada tamaşaçılar üçün yaradılan şərait, yarışın təşkilatçılıq səviyyəsi biz indiyə qədər olduğumuz yarışlardan daha yaxşıdır”.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib.

Bu gün üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Xəbər lenti

Xəbər lenti