...

"AtaBank" uşaq evinin sakinlərinə futbol həyəcanı yaşatdı (FOTO)

İdman Materials 26 Dekabr 2017 10:55 (UTC +04:00)

Bakı. Trend:

"AtaBank" uşaq evinin sakinlərinə futbol həyəcanı yaşatdı.

Bankdan Trend-ə verilən məlumata görə, "AtaBank" ASC daha bir uğurlu layihəsini təqdim edib.

Daim müştərilərinə sürprizlər etməklə maliyyə sektorunun liderlərindən olan bank bu dəfə sosial yönümlü layihə həyata keçirib. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə baş tutan tədbir “SOS uşaq kəndləri” təşkilatının sakinlərinə böyük sevinc bəxş edib.

"AtaBank" maliyyə sektoru ilə yanaşı, bütün sahələrə diqqət ayırmaqla daim seçilir. Ölkədə idmana göstərilən dövlət qayğısı bank əməkdaşlarının da asudə vaxtlarını səmərəli keçirmələrinə səbəb olub. Bank Bakı Futbol Liqasında maliyyə sektorunu layiqincə təmsil edir. Dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevin doğum gününə təsadüf edən matçda isə "AtaBank" daha bir layihə həyata keçirib. Bankın nümayəndələri oyun öncəsi “SOS uşaq kəndləri” təşkilatını ziyarət edib bir neçə yeniyetməni "Kristal R&R"la olan görüşə də dəvət edib. Həmin uşaqlar bankın komandası və rəqiblə birgə "Uşaqlar bizim gələcəyimizdir" şüarı ilə meydana daxil olublar, oyuna baxıblar və xüsusi hədiyyələrlə mükafatlandırılıblar. Bu dəstək oyunu izləyən azarkeşlər tərəfindən də böyük rəğbət və alqışlarla qarşılanıb.

“AtaBank” ASC-nin Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov bildirib ki, bu sosial yönümlü layihə gələcəyimizin - uşaqlarımızın ölkəmizə layiqli övlad yetişməsi üçün atılan addımlardan sadəcə biridir: "Bizim layihələr həmişə sabahımıza yönəlikdir. Çünki müştərilərimizə xidmət etməklə yanaşı, hər bir Azərbaycan vətəndaşına sevinc bəxş etmək və dəstək olmaq Bankımızın əsas vəzifələrindən biridir. Bu dəfə də uşaq evini ziyarət edib, uşaqların bir neçəsini oyunumuza gətirdik. Yeniyetmələr futbolçularla birgə meydana çıxdılar. İnanırıq ki, bu dəstək bir gününü bizlə keçirən oğlan və qızlarda futbola və idmana xüsusi həvəs yaradacaq. Biz uşaqlarla söhbətdə də bunu hiss etdik. Hətta onlara formalar, xüsusi hədiyyələr verdik ki, bu günü daim xatırlasınlar. Bu həm də həmin uşaq evində olanlara "AtaBank" adından bir dəstək idi. Dəstək layihələrimiz bundan sonra da davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti