Bakı. Trend:
Bakıda Türkiyə, Qırğızıstan, Qazaxıstan idmançılarının iştirakı ilə Türk Şurası Universitet İdman Oyunları keçirilir.
Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, stolüstü tennis yarışları 7-9 aprel tarixlərində Şüa İdman Sağlamlıq kompleksində keçiriləcək.
Stolüstü tennis yarışlarının ilk günündə kişi və qadınlardan ibarət komandamız Qırğızıstan, ikinci günündə isə Türkiyə millisi ilə qarşılaşacaq. Daha sonra turnir şəxsi yarışlar ilə davam edəcək.
Turnirə aprelin 10-da yekun vurulacaq.