...

İspaniyalı gimnast: Azərbaycan Gimnastika Federasiyasının fəaliyyəti alqışalayiqdir

İdman Materials 27 Aprel 2018 17:22 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyasının fəaliyyəti alqışalayiqdir.
İspaniyalı gimnast: Azərbaycan Gimnastika Federasiyasının fəaliyyəti alqışalayiqdir

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycan Gimnastika Federasiyasının fəaliyyəti alqışalayiqdir.

Bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçısı ispaniyalı gimnast Polina Berezina deyib.

O, ilk dəfə Bakıda olduğunu bildirib: "Şəhəriniz çox xoşuma gəldi. Milli Gimnastika Arenasını isə çox bəyəndim. Təşkilatçıların işi sayəsində burada yarışmaq çox xoşdur. Həmçinin azarkeşlər çox böyük dəstək olurlar".

Gimnast qeyd edib ki, əsas məqsədi yaxşı çıxış etməkdir: "Hazırlaşdığın kimi çıxış etmək lazımdır, bundan sonrası isə hakimlərdən və rəqiblərdən asılıdır".

Qeyd edək ki, Bakı 6-cı dəfə bədii gimnastika üzrə Dünya Kubokuna ev sahibliyi edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti