...

Bolqarıstan idmançısı: Azərbaycan Gimnastika Federasiyası çox gözəl yarış təşkil edib

İdman Materials 29 Aprel 2018 16:55 (UTC +04:00)
Azərbaycanın Gimnastika Federasiyası çox gözəl yarış təşkil edib
Bolqarıstan idmançısı: Azərbaycan Gimnastika Federasiyası çox gözəl yarış təşkil edib

Bakı. Maksim Tsurkov - Trend:

Azərbaycanın Gimnastika Federasiyası çox gözəl yarış təşkil edib. Bunu Trend-ə Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku yarışlarında gümüş medal qazanmış Bolqarıstan idmançısı Boryana Kaleyn deyib.

O bildirib: "Mən uğuruma çox sevinirəm, gümüş medal qazanmaq yaxşıdır. Bu medal həqiqətən mənim üçün çox vacibdir".

Bolqarıstan təmsilçisi yarışları gözəl təşkil etdiyi üçün Azərbaycan Gimastika Federasiyasına xüsusi təşəkkürünü ifadə edib: "Bakıda çıxış etmək çox xoşuma gəlir, burada həmiş əla yarışlar olur".

Bolqarıstanlı gimnast həmçinin azərbaycanlı gimnastları yüksək qiymətləndirdiyini deyib: "Zöhrə Ağamiravanın çıxışları çox xoşuma gəlir".

Qeyd edək ki, Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kuboku yarışlarında 26 ölkədən 127 gimnast iştirak edib. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edib.

Xəbər lenti

Xəbər lenti