...

Samboçularımız Afinadan 3 medalla qayıdır

İdman Materials 21 May 2018 10:12 (UTC +04:00)
Yunanıstanın paytaxtı Afinada sambo üzrə Avropa çempionatına yekun vurulub.
Samboçularımız Afinadan 3 medalla qayıdır

Bakı. Trend:

Yunanıstanın paytaxtı Afinada sambo üzrə Avropa çempionatına yekun vurulub.

Azərbaycan Sambo Federasiyasından Trend-ə verilən məlumata görə, çempionatın sonuncu günündə millimiz daha bir medal qazanıb. 62 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavidan Qarayev Avropa çempionatının bürünc medalına sahib olub.

Qitə birinciliyinin əvvəlki günlərində isə Mehman Xəlilov (57 kq), Emil Həsənov (68 kq) və Nəbi Məmmədov (100 kq) bürünc medal qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti