...

BMX üzrə DÇ-nin keçici bayrağı Belçika nümayəndəsinə təqdim olunub (FOTO)

İdman Materials 9 İyun 2018 19:50 (UTC +04:00)
Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı çərçivəsində yarışın keçici bayrağı Belçika nümayəndəsinə təqdim olunub.
BMX üzrə DÇ-nin keçici bayrağı Belçika nümayəndəsinə təqdim olunub (FOTO)

Bakı. Trend:

Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatı çərçivəsində yarışın keçici bayrağı Belçika nümayəndəsinə təqdim olunub.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, Federasiyanın birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov keçici bayrağı Belçikada təşkil olunacaq dünya çempionatının təşkilatçısı Jef Simonsa təqdim edib.

Mərasimdə Beynəlxalq Velosipedçilər İttifaqının BMX Komissiyasının və İdarə Heyətinin üzvü Artur Lopes də iştirak edib. Qeyd edək ki, 2019-cu ildə BMX üzrə dünya çempionatı Belçikanın Heusden-Zolder şəhərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti