...

Uşu üzrə açıq Bakı çempionatı keçirilib

İdman Materials 19 İyun 2018 12:15 (UTC +04:00)
Uşu üzrə açıq Bakı çempionatı keçirilib.
Uşu üzrə açıq Bakı çempionatı keçirilib

Bakı. Samir Əli – Trend:

Azərbaycan Uşu Federasiyası və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə kişilər arasında uşu üzrə açıq Bakı çempionatı keçirilib.

Federasiyadan Trend-ə verilən məlumata görə, Abşeron Olimpiya və İdman Kompleksində baş tutan çempionatda Bakı ilə yanaşı, Gəncə və Göyçay rayonlarından olan komandalar da iştirak ediblər. İki gün davam edən çempionata azyaşlılar və gənclərdən ibarət komandalar da qatılıblar.

Münsiflər heyətinin qərarı ilə çempionatın qalibləri İbrahim Əliyev, Əli Əliyev, İmran Məmmədov və Ayaz Razyev olublar.

Azyaşlılar arasında Renal Kərimli, Valeh Bayramov və Məmmədrəsul Əsədzadə 1-ci, Ömər Məmmədov və Yusif Məmmədov isə 2-ci yeri tutublar.

Gənclər arasında isə Nihat Ələkbərli, Qabil Əhmədli, Tural Hacıməmmədli, Elçin Məmişov, Amal Məmmədov, Əli Abbasov, Elnur İsayev və Fərid Hacıyev 1-ci yerə sahib olublar.

Federasiyadan bildiriblər ki, qurum hazırda Çində keçiriləcək tələbələr arasında dünya çempionatına hazırlaşır. Həmin çempionatda Azərbaycanı 52, 60 və 72 kq çəki dərəcəsində olan idmançılarımız təmsil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti