...

Türkiyədə beynəlxalq turnirdə 4 güləşçimiz finala yüksəlib

İdman Materials 28 İyul 2018 14:12 (UTC +04:00)
İstanbulda beynəlxalq turnirin ilk günündə 4 güləşçimiz finala yüksəlib
Türkiyədə beynəlxalq turnirdə 4 güləşçimiz finala yüksəlib

Bakı. Trend:

İstanbulda sərbəst və qadın güləşi üzrə Olimpiya, Avropa və dünya çempionu Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 46-cı beynəlxalq turnir keçirilir. Turnirin ilk günündə 57, 65, 74, 86 və 97 kiloqram çəki dərəcələrində sərbəst, 50, 55, 59, 65 və 72 kiloqram çəkidə isə qadın güləşçilər mübarizə aparıblar.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, sərbəst güləşçilərin mübarizəsində Əli Rəhimzadə (65 kq), Murad Süleymanov (86 kq) və Aslanbek Alborov (97 kq) bütün rəqiblərindən üstün olaraq finala yüksəliblər. Finalda təmsilçilərmiz müvafiq olaraq İran, ABŞ və İran idmançıları ilə qarşılaşacaq.

Aslanbek Alborov ilk görüşdə komanda yoldaşı Şərif Şərifovu, yarımfinalda isə ABŞ idmançısı, Olimpiya çempionu Kyle Şnayderi mübarizədən kənarlaşdırıb.

Qadın güləşçilərin mübarizəsində isə 65 kiloqram çəki dərəcəsində təmsilçimiz İrina Netreba bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Yarımfinalda Netreba komanda yoldaşı Elis Manolovadan üstün olub. Finalda İrina Netrebanın, eləcə də bürünc medal görüşünə çıxacaq Elis Manolovanın rəqibi Ukrayna idmançısı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti