Bakı. Tural Turan - Trend:
İsveç millisinin keçmiş baş məşqçisi Erik Hamren artıq İslandiya millisinə rəhbərlik edəcək. Trend-in məlumatına görə, bu barədə İslandiya Futbol Federasiyası məlumat yayıb.
61 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.
Xatırladaq ki, 2018-ci ildə keçirilən Dünya Çempionatında millini çalışdıran Heymir Hadlqrimson 7 il çalışdıqdan sonra istefa verib.