Bakı. Trend:
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.
Trend xəbər verir ki, əsasnaməyə əsasən, eyni qrupdan çıxan və eyni ölkəni təmsil edən klublar bu mərhələdə üz-üzə gələ bilməzlər.
Püşkün nəticəsi:
"Şalke" (Almaniya) - "Mançester Siti" (İngiltərə)
"Atletiko" (İspaniya) - "Yuventus" (İtaliya)
"Mançester Yunayted" (İngiltərə) - PSJ (Fransa)
"Tottenhem" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)
"Lion" (Fransa) - "Barselona" (İspaniya)
"Roma" (İtaliya) - "Porto" (Portuqaliya)
"Ayaks" (Niderland) - "Real" (İspaniya)
"Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya)
Qeyd edək ki, 1/8 finalın ilk oyunları 12-13 və 19-20 fevralda, cavab görüşləri isə 5-6 və 12-13 martda keçiriləcək.