...

İspaniya La Liqası: “Xetafe” doğma meydanda “Barselona” ilə bacara bilmədi

İdman Materials 7 Yanvar 2019 02:59 (UTC +04:00)
İspaniya La Liqasında 18-ci turunda “Xetafe” doğma meydanda “Barselona” komandasını qəbul edib.
İspaniya La Liqası: “Xetafe” doğma meydanda “Barselona” ilə bacara bilmədi

Bakı. Tural Turan - Trend:

İspaniya La Liqasında 18-ci turunda “Xetafe” doğma meydanda “Barselona” komandasını qəbul edib. Trend-in məlumatına görə, oyun 1:2 hesabı ilə başa çatıb.

Oyunda hesabı 20-ci dəqiqədə Messi açıb. 39-cu dəqiqədə isə Suares qonaqların üstünlüyünü iki topa çatdırıb. Lakin ev sahibi elə birinci taymda cavab qolunu vura bilib. 43-cü dəqiqədə Mata fərqlənə bilib.

Bu qələbə sayəsində “Barselona” 40 xalla turnir cədvəlinin vahid lideridir. “Xetafe” isə 25 xalla 7-ci pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti