...

Çexiyalı məşqçi: Bakıda Milli Gimnastika Arenasında yarışların keçirilməsi üçün hər şey var

İdman Materials 28 Aprel 2019 14:57 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında yarışların keçirilməsi üçün hər şey var.
Çexiyalı məşqçi: Bakıda Milli Gimnastika Arenasında yarışların keçirilməsi üçün hər şey var

Bakı. Ləman Zeynalova - Trend:

Bakıda Milli Gimnastika Arenasında yarışların keçirilməsi üçün hər şey var.

Bunu Trend-ə bədii gimnastika üzrə Çexiya milli komandasının məşqçisi Tamara Bılkova deyib.

O, Azərbaycana ilk dəfə gəldiyini qeyd edib: "Burada yarışlar xoşuma gəlir. Sizin gözəl arenanız var. Burada gimnastika üçün hər şey var".

Çexiyalı gimnast Sabina Zalesakova isə öz növbəsində çıxışından danışıb: "Cümə günü mən top və halqa ilə hərəkətlərdə çıxış etdim. Topla çıxış yaxşı alındı, halqa ilə isə bəzi səhvlərə yol verdim və bir neçə dəfə də yıxıldım. Şənbə günü isə lent və gürzlərlə çıxış etdim. Lentlə hərəkətlərdə yüksək qiymət aldım. Gürzlər isə iki dəfə əlimdən yerə düşdü".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü – sonuncu yarış günü başlayıb. Bu gün fərdi proqramda halqa, top, gürzlər və lentlə hərəkətlər üzrə finallar, eləcə də qrup hərəkətləri proqramında ayrı-ayrı alətlərlə (5 top, 3 halqa və 2 cüt gürz) hərəkətlər üzrə finallar keçirilir.

Aprelin 26-dan start götürən turnirdə ümumilikdə 39 ölkədən 200-dən çox gimnast mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti