Bakı. Trend:
Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa bilet satışı davam edir.
AFFA-dan Trend-ə verilən məlumata görə, biletləri “Port Baku Mall”, “28 May Mall”, “Gənclik Mall” və Heydər Əliyev Sarayının kassalarında əldə etmək mümkündür.
Qeyd edək ki, mayın 29-da “Çelsi” və “Arsenal” komandaları üz-üzə gələcək.