...

İkinci Avropa Oyunlarında 4 minə yaxın idmançı iştirak edəcək

İdman Materials 20 İyun 2019 15:00 (UTC +04:00)
Sabah Belarusun paytaxtı Minskdə start götürəcək İkinci Avropa Oyunlarında 3667 idmançı iştirak edəcək
İkinci Avropa Oyunlarında 4 minə yaxın idmançı iştirak edəcək

Bakı. Trend:

Sabah Belarusun paytaxtı Minskdə start götürəcək İkinci Avropa Oyunlarında 3667 idmançı iştirak edəcək.

Trend-in məlumatına görə, yarışlarda 4000 idmançının iştirakı gözlənilirdi.

Ümumilikdə Avropa Oyunlarında 50 ölkənin idmançıları iştirak edəcək. Yarışlar zamanı 15 idman növü üzrə 199 medal dəsti sahiblərini tapacaq. Səkkiz idman növü üzrə yarışlar 2020-ci il Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq.

Qeyd edək ki, İkinci Avropa Oyunları iyunun 21-dən 30-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti