Bakı. Trend:
İspaniyanın "Barselona" futbol klubunun uruqvaylı hücumçusu Luis Suares klub ilə müqavilənin müddətini uzatmağa hazır olduğunu bildirib.
Trend-in məlumatına görə, L.Suares bildirib: "Mən klubda çox xoşbəxtəm. Həmişə əlimdən gələni edirəm. Statistika, rəqəmlər bunu göstərir, düşünürəm ki, mən hələ oyunumun zirvəsindəyəm. Danışıqlar zamanı gələndə, biz razılığa gələcəyik".
Qeyd edək ki, uruqvaylı futbolçunun hazırkı müqaviləsi növbəti mövsümün sonuna qədər nəzərdə tutulub.
Cari mövsümüdə 16 oyun keçirən L.Suares 10 dəfə fərqlənə bilib.