...

"İstanbul Başakşəhər" futbol üzrə Türkiyə çempionu oldu

İdman Materials 20 İyul 2020 02:00 (UTC +04:00)
"İstanbul Başakşəhər" futbol üzrə Türkiyə çempionu oldu

Bakı. Trend:

"İstanbul Başakşəhər" öz meydanında "Kayserispor" komandasını məğlub edərək futbol üzrə Türkiyə çempionu oldu.

Trend-in məlumatına görə, matçın yeganə qolunu 19-cu dəqiqədə Mahmut Tekdemir vurub.

İstanbul klubu tarixində ilk dəfə olaraq ölkə çempionu oldu.

Qeyd edək ki, "İstanbul Başakşəhər" Beşiktaş, Fənərbaxça, Qalatasaray, Trabzonspor və Bursaspor futbol klublarından sonra çempion olan 6-cı komandadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti