...

Velosipedçimiz Türkiyədə 3-cü oldu

İdman Materials 15 Sentyabr 2020 12:18 (UTC +04:00)
Velosipedçimiz Türkiyədə 3-cü oldu

Bakı. Trend:

Azərbaycanın şose velosipedi üzrə Elit yığma komandasının üzvü, gələn il Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək Elçin Əsədov Türkiyədə keçirilən 1.2 kateqoriyalı “Grand Prix Velo Erciyes” yarışında uğurla çıxış edib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, "Bahrain Cycling Academy" kontinental komandasının heyətində mübarizə aparan Elçin birgünlük yarışda 3-cü nəticə göstərib. Velosipedçimiz 176 km məsafəni 4 saat, 11 dəqiqə, 26 saniyəyə başa vurmaqla reytinqinə 25 xal da əlavə edib.

Baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında bu yarışda iştirak edən Azərbaycan yığma komandasının digər üzvlərindən ən yaxşı nəticəyə Samir Cəbrayılov imza atıb – o 78 velosipedçi arasında 18-ci olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti