Bakı. Trend:
Uruqvay futbol komandasının hücumçusu Luis Suaresin koronavirusla bağlı verdiyi testlərin nəticələri müsbət çıxıb.
Trend-in məlumatına görə, bu barədə Uruqvay millisinin mətbuat xidməti bildirib.
Bildirilib ki, Uruqvay millisinin qapıçısı Roqdriqo Munyos və komandanın mətbuat xidmətinin əməkdaşı Matias Faralində də test nəticələri müsbət çıxıb. Hal-hazırda hər üçü də özünü təcrid ediblər.