...

Ronaldo rəsmi oyunlarda vurduğu qollar sayına görə rekordsmen oldu

İdman Materials 11 Yanvar 2021 03:52 (UTC +04:00)
Ronaldo rəsmi oyunlarda vurduğu qollar sayına görə rekordsmen oldu

Bakı. Trend:

İtaliyanın "Yuventus" klubunun portuqaliyalı forvardı Kriştiano Ronaldo rəsmi matçlarda vurduğu qol sayına görə rekordu təkrarladı.

Trend-in məlumatına görə, futbolçu İtaliya çempionatında ötən gün “Sassuolo”ya qarşı matçda (3:1) fərqlənib.

35 yaşlı hücumçu üçün bu oyunda vurduğu qol karyerasında 759-cu oldu. Eyni göstərici 1950-ci illərə qədər Avstriya və Çexoslovakiya yığmalarının heyətində oynayan hücumçu Yozef Bitsanın hesabındadır. Bundan əvvəl Ronaldo 757 qolla Peleni geridə qoyub.

Ronaldo 2018-ci ilin iyulundan "Yuventus"da, daha əvvəl isə İspaniyanın "Real Madrid", İngiltərənin "Mançester Yunayted" və Portuqaliyanın "Sportinq" klublarında oynayıb. Futbolçu beş qat "Qızıl Top" mükafatının sahibi, həmçinin beş qat Çempionlar Liqasının qalibi və Avropa çempionudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti