...

"Barcelona" İspaniya Super Kubokunun finalına yüksəldi

İdman Materials 14 Yanvar 2021 03:14 (UTC +04:00)

Bakı. Trend:

"Barcelona" İspaniya Superkubokunun yarımfinalında "Real Sosyedad"ı penaltilər seriyasında məğlub etdi.

Trend-in məlumatına görə, matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

"Barselona" tərəfdən qolu Frenki de Yonq (39-cu dəqiqə), rəqib tərəfdən isə Mikel Oyarsabal (51, penalti) vurublar. Penaltilər seriyasında "Barselona" 3:2 hesabı ilə daha güclü olub.

Finalda "Barselona" 14 yanvar tarixində keçiriləcək "Real" (Madrid) və "Atletik" (Bilbao) matçının qalibi ilə oynayacaq. Matç 17 yanvarda baş tutacaq.

İspaniya Superkubokunun hazırkı qalibi "Real" klubudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti