...

Bakıda yarışlar hər zaman ən yüksək səviyyədə keçir - Sloveniyalı gimnast

İdman Materials 8 May 2021 15:53 (UTC +04:00)
Bakıda yarışlar hər zaman ən yüksək səviyyədə keçir - Sloveniyalı gimnast

Bakı. Cani Babayeva - Trend:

Bakıda yarışlar hər zaman ən yüksək səviyyədə keçir.

Bunu Trend-ə sloveniyalı gimnast Yekaterina Vedeneyeva deyib.

O, Bakıda çıxış etdiyinə görə sevdiyini bildirib: "Milli Gimnastika Arenasında təşkilatçılıq əladır, yarış zalı çox gözəldir. Gimnastlara gəldikdə isə biz pandemiya şəraitində yarışlara bacardığımız qədər hazırlaşırdıq. Bakıya 35 ölkədən fərdi proqramda 60 gimnast gəlib. Bu, əsl dünya çempionatı kimidir"

Gimnast bildirib ki, azərbaycanlı idmançı Arzu Cəlilovanın çıxışını bəyənib: "Dünən azərbaycanlı gimnastların çıxışlarını gördüm, gənc idmançı Arzu Cəlilova, onun topla proqramı çox xoşuma gəlir. Azərbaycan ildən-ilə bədii gimnastikada irəliləyir və bu, çox xoşdur. Biz burada Olimpiya oyunlarına lisenziya üçün mübarizə aparmırıq, burada əsl, böyük bədii gimnastika nümayiş etdirmək istəyirik".

Qeyd edək ki, Dünya Kuboku mayın 7-dən 9-dək keçirilir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti