...

Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında fərdi hərəkətlərdə finalçılar müəyyənləşib

İdman Materials 21 May 2021 15:46 (UTC +04:00)
Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qadınlar arasında fərdi hərəkətlərdə finalçılar müəyyənləşib

Bakı. Cani Babayeva - Trend:

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarının birinci günündə kişilər (15-17 yaş) arasında fərdi hərəkətlərdə finalçılar müəyyənləşib.

Trend-in məlumatına görə, finala Varvara Zıbina (Rusiya, 20.000 xal), İlona Qorqenıi (Macarıstan, 19.950 xal), Klaudiya Ristya (Rumıniya, 19.850 xal), Borislava İvanova (Bolqarıstan, 19.650 xal), Lukretsiya Reksepi (İtaliya, 19.500 xal), Maelis Lenklos (Fransa, 19.450 xal), Elis Pettinari (İtaliya, 19.400 xal) və Simal Seyman (Türkiyə, 19.300 xal) yüksəlib.

Azərbaycanlı gimnast 18.450 xal toplayaraq 16-cı yeri tutub.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarını təşkil edir. Turnir mayın 23-dək keçiriləcək.

Yarışların birinci günündə fərdi hərəkətlərdə kişilər (12-14 yaş) və qadınlar (15-17 yaş), üçlük (12-14 yaş və 15-17 yaş), qarışıq cütlüklər çıxış edir.

Yarışlarda 18 ölkədən 202 gimnast iştirak edir.

Çempionatda 12-14 və 15-17 yaş qruplarında gimnastlar birincilik uğrunda mübarizə aparır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti