...

Cüdoçumuz İrina Kindzerska Tokio Olimpiadasına qələbə ilə başlayıb

İdman Materials 30 İyul 2021 08:32 (UTC +04:00)
Cüdoçumuz İrina Kindzerska Tokio Olimpiadasına qələbə ilə başlayıb

Bakı. Trend:

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio Olimpiadasına qələbə ilə başlayıb.

Trend-in məlumatına görə, 78 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı səkkizdəbir final mərhələsində Larisa Tseriçlə (Bosniya və Herseqovina) üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn cüdoçumuz dörddəbir finalda Mijin Hanla (Koreya Respublikası) üz-üzə gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti