...

Rikkardo İtaliya Qran Prisinin qalibi olub

İdman Materials 13 Sentyabr 2021 00:19 (UTC +04:00)
Rikkardo İtaliya Qran Prisinin qalibi olub

Bakı. Trend:

"Mclaren" komandasının avstraliyalı pilotu Daniel Rikkardo "Formula 1" üzrə İtaliya Qran Prisinin qalibi olub.

Trend-in məlumatına görə, yarışı ikinci yerdə avstraliyalının komanda yoldaşı britaniyalı Lando Norris, üçüncü yerdə isə "Mercedes" komandasının finlandiyalı pilotu Valtteri Bottas başa vurub.

Qeyd edək ki, "Formula 1"-in növbəti mərhələsi 24-26 sentyabr tarixlərində Rusiyada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti